Futbolçularımızın aldığı məvacibdən danışırsa, burada qazandığı məbləği açıqlasın Rəşad Sa…
Icma.az, Sportal.az saytına istinadən bildirir. "Uzun müddət Azərbaycanda çalışmış biri fikir səsləndirərkən daha diqqətli olmalı idi”.
Sportal.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk”la matçından öncə keçirilmiş mətbuat konfransında deyib.
O, millimizin sabiq baş məşqçisi Nikola Yurçeviçin açıqlamasına cavab verib: "Oyuna bir gün qalmış vaxtlarımız çox olur.
Cənab Nikola Yurçeviç bir-iki açıqlama verib. Ona cavab vermək istəyirəm. Qabardıb ki, “Zirə”də 15 legioner çıxış edir.
Son 2 ildə iki yer tutmuşuq və ötən il pley-offda çıxış etmişik. Meydanda 4 yerli oynayıb. Bu uğuru tək legionerlər formalaşdırmayıb.
Bir yerdə də qeyd edib ki, "Zirə"də yaxşı məvaciblər alırlar. Bu, düzgün fikir deyil.
Əgər elə imkan varsa, öz müqaviləsi haqda danışsın, Azərbaycandakı müqaviləsi nə qədər olub.
Legionerləri qabartmaq, bildirmək ki, çox məvacib alır...Mənim futbolçularım haqq etdiyindən daha az alırlar.
Tam oxu
Xəbəri oxu