Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Futbol üzrə Azərbaycan milli komandasının üzvləri DÇ-2026-nın seçmə mərhələ oyunu çərçivəsində Fransada səfərdədir. Artıq futbolçularımız paytaxt Parisdə gəzintiyə çıxıblar.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.
Qeyd edək ki, komandamız oktyabrın 10-da Parisdə Fransa yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.