Futbolçularımızın rəqibləri bilinib “Qalatasaray” və “Trabzonspor”la bir qrupda İdman və Biz

20.12.2024

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə top qovan azərbaycanlı futbolçular Renat Dadaşov, Həsən Nəzərli (“Ankaragücü”) və Vüsal İsgəndərlinin (“Boluspor”) Türkiyə kubokunun qrup mərhələsində rəqibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Ankaragücü” A qrupunda yer alacaq.

Paytaxt təmsilçisinin rəqibləri “Trabzonspor”, “Alanyaspor”, “Çaykur Rizespor”, “Karagümrük” və “İskenferunspor” olacaq.

“Boluspor” isə C qrupunda “Qalatasaray”, “Başakşəhər”, “Konyaspor”, “Eyüpspor” və “Çorum”la üz-üzə gələcək. B qrupunda “Fənərbağça”, “Kasımpaşa”, “Qaziantep”, Göztəpə”, “İtambulspor” və “Erzurumspor” mübarizə aparacaq. D qrupunda isə “Beşiktaş”, “Sivasspor”, “Antalyaspor”, “Bodrum”, “Kocaelispor” və “Kırklarelispor” yer alacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью