Futbolçumuz Albaniya Superkubokunu qazandı

27.12.2024

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Zamiq Əliyev Albaniya Superkubokunu qazanıb.

Manset.az Apasport.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçunun çıxış etdiyi "Eqnatiya" finalda "Kukeşi" ilə qarşılaşıb.

2023/24 mövsümündə Albaniya çempionu olub və ölkə kubokuna sahib çıxan "Eqnatiya" Superkubokda da qələbə qazanıb. Zamiqin komandası kubokun finalında olduğu kimi bu dəfə də "Kukeşi"ni məğlub edib. Oyun 2:0 hesabı ilə yekunlaşıb.

Zamiqin adı iştirak ərizəsinə daxil edilsə də, o, Superkubokun finalında meydana çıxmaq şansı qazanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью