Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanlı futbolçu Turan Manafovun legioner həyatı başa çatıb. İdmanxeber.az yazır ki, o, “Qəbələ” klubu ilə anlaşıb və bölgə təmsilçisi sözügedən transferi yaxın günlərdə rəsmən açıqlayacaq.
Ölkə.Az xəbər verir ki, Azərbaycanlı müdafiəçi Cənubi Afrika təmsilçisi “Stellenboş”da çıxış edirdi. O, ötən ilin sentyabrında klubu ilə rəsmi müqavilə imzalamışdı.
Manafov cari mövsüm komandasının heyətində 10 oyunda çıxış edib.
Bununla artıq bir neçənci yerli futbolçumuzdur ki, karyerasını xarici ölkədə davam etdirə bilmir.
Bəhlul Mustafazədənin "Qarabağ"dan ayrılıb-ayrılmayacağına gəlincə, qarşıdakı günlərdə aydınlıq gələcəyi söylənilir. Sporinfo-ya klubdan bildirilib ki, müdafiəçinin düşərgədə qalması, yanvarın 29-u "Liverpul"la keçirilən matçdan sonra bəlli olacaq.
Məlumata görə, Çin klubu Mustafazadəyə dəvət göndərib və 2+1 illik müqavilə bağlamaq iddiasını ortaya qoyub. Tərəflər şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Onun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.
Bəhlulun klubun əsas oyunçularından biri olduğunu nəzərə alsaq, onun barədə veriləcək qərarı "atlılar" üçün taleyüklü hesab etmək olar. Adətən, Ağdam təmsilçisi gedən futbolçunun yerini doldurmaqda çətinlik çəkir. Həm azarkeşlərin, həm klub rəsmilərinin transfer istəkləri olsa da, hələ də bu məsələ həllini tapmayıb. Yeri gəlmişkən, sonuncu dəfə Qurban Qurbanov "Qarabağ"ın yeni oyunçuları rənglərinə qatmaq yönündə aktiv fəaliyyətdə olduğunu ifadə edib.
Ölkə.Az