Fanat saytına istinadən Icma.az xəbər verir. Fransa 5-ci liqasında çıxış edən "Kroik" klubunun kapitanı Uqo Robert maraqlı hadisə ilə gündəm
Fanat.Az xəbər verir ki, komandanın 20 dekabr şənbə günü “Reyms”lə keçirəcəyi kubok oyunu futbolçunun toy tarixi ilə üst-üstə düşürdü.
Məlumata görə, Uqo Robert həm karyerası üçün əhəmiyyətli olan görüşdə oynaya bilmək, həm də toyunu qaçırmamaq üçün klub rəhbərliyi ilə vəziyyəti müzakirə edib.
Bundan sonra "Kroik" rəhbərliyi Fransanın futbol federasiyasına rəsmi müraciət göndərib.
Federasiya kluba anlayış göstərərək oyunun tarixini bir gün əvvələ – 19 dekabr cümə gününə dəyişib.
Bununla da Uqo Robert həm komandasının vacib matçında iştirak edəcək, həm də növbəti gün planlaşdırıldığı kimi öz toyunu həyata keçirə biləcək.
Kamil Xudiyev Abunə Ol Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.