Icma.az, Axsham.az saytına istinadən bildirir.
Amerikalı futbolçu Ceyson Kelsinin həyat yoldaşı Kayli Kelsi Uels şahzadəsi Keyt Middltona müraciətində etdiyi səhvə görə üzr istəyib.
Axşam.az xəbər verir ki, o, “Not Gonna Lie” podkastında Keyt Middltonu verilişinə dəvət edərkən onu “Şahzadə Keyt, Kembric hersoginyası” adlandırıb. Bu ifadə izləyicilərin diqqətindən yayınmayıb.
Hazırda Keyt Middltonun rəsmi titulu Uels şahzadəsi Ketrindir. Kayli Kelsi növbəti buraxılışlardan birində səhvinə münasibət bildirib. O, heç kimi incitmək niyyətində olmadığını və titullarla bağlı incəliklərdən xəbərsiz olduğunu söyləyib.
Kelsi gələcəkdə insanlara müraciət edərkən daha diqqətli olacağını bildirib və Keyt Middlondan rəsmi şəkildə üzr istəyib.
Qeyd edək ki, Kaylie Kelsi futbolçu Ceyson Kelsinin həyat yoldaşı, məşhur amerikalı futbolçu Trevis Kelsinin isə bacısı gəlinidir.