Futbolda ən çətin iş qol vurmaqdır Ronaldo

13.11.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo futbolda ən çətin olan məqam barədə fikirlərini bölüşüb.

Sportal.az "Record" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı forvard qol vurmağın çətin olduğunu bildirib:

“Mənim fikrimcə, futbolda ən çətin iş qol vurmaqdır. Müasir futbola, fiziki və psixoloji tələblərə, klubların, yığmaların və liqaların xüsusiyyətlərinə uyğunlaşa bildim. Ağıllı futbolçu adaptasiya olmağı bacarır. Mən də bundan sonra belə düşünəcəyəm. Futbol artıq bir neçə il əvvəlki kimi deyil. Hətta keçən ilki kimi də deyil. Amma əmək eyni səviyyədə qalmalıdır. Bəzi mövqeelərdə güclənmək, bəzilərində isə itki yaşamaq mümkündür”.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm “Əl-Nəsr” klubunun heyətində meydana çıxdığı 11 rəsmi matçda 10 qol və və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью