Futbolda ilin ən yaxşıları açıqlandı

27.12.2024

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"ESPN Sports" 2024-cü ilin nəticələrinə əsasən futbolda ən yaxşıların adını açıqlayıb.

Publika.az xəbər verir ki, ən yaxşı futbolçu "Real"ın və Braziliya millisinin cinah oyunçusu Vinisius Junior olub. Madrid klubuna rəhbərlik edən Karlo Ançelotti ilin baş məşqçisi seçilib.

"Barselona"nın vingeri Lamin Yamal "İlin sıçrayışı" nominasiyasının qalibi olub.

Ən yaxşı komanda İspaniya millisi olub. UEFA Çempionlar Liqasının 2023/24 mövsümünün 1/4 finalında keçirilən "Real" - "Mançester Siti" matçı (3:3) ilin ən yaxşı oyunu kimi tanınıb.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью