Futbolda İspaniya əsri

21.07.2026

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Argentina millisini finalda 1:0 hesabı ilə məğlub edərək 2010-cu ildən sonra 2026-cı ildə də dünya çempionu olan İspaniya XXI əsrdə FIFA Dünya Kubokunu iki dəfə qazanan yeganə ölkə oldu. İspaniya millisi həmçinin 2000-ci illərdə keçirilən Avropa çempionatlarında 2008, 2012 və 2024-cü illərdə də çempionluq sevinci yaşayıb.

2026-cı il FIFA Dünya Kubokunun finalında Argentina üzərində 1:0 hesablı qələbə qazanan İspaniya idmanın müxtəlif sahələrində qazandığı uğurlarla nümunə göstərilən ölkə olduğunu bir daha təsdiqləyib. 

Qaynarinfo xəbər verir ki, Rafael Nadal (tennis), Fernando Alonso ("Formula 1"), Mark Markes (motosiklet idmanı), Migel İndurayn və Alberto Kontador (velosiped idmanı) kimi əfsanəvi idmançıları yetişdirən İspaniya futbol sahəsində də dünyanın ən uğurlu ölkələrindən biri kimi seçilir.

2010-cu ildən sonra 2026-cı ildə də dünya çempionu olan İspaniya XXI əsrdə FIFA Dünya Kubokunu iki dəfə qazanan yeganə milli komanda statusunu əldə edib.

İspaniya Dünya Kubokundakı uğurlarını digər beynəlxalq turnirlərdə də davam etdirib. 2000-ci illərdə keçirilən yeddi Avropa futbol çempionatının üçündə – 2008, 2012 və 2024-cü illərdə qızıl medallara sahib çıxan komanda, 2018-ci ildən təşkil olunan UEFA Millətlər Liqasında da 2023-cü ildə çempion olub.

Başda "Real Madrid" və "Barselona" olmaqla, İspaniya klubları da uzun illərdir beynəlxalq klub turnirlərində uğurları ilə seçilir. Ölkənin XXI əsrdən əvvəl qazandığı yeganə böyük beynəlxalq futbol titulu isə 1964-cü il Avropa çempionluğu olmuşdu.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью