Futbolda tarixi an yazıldı

15.05.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Portuqaliyanın "Santa Klara" klubunun hücumçusu Qabriel Silva futbolda sürət göstəricisi üzrə yeni dünya rekordu qazanıb.

Milli.Az xəbər verir ki, tarixi nəticə 10 may tarixində Portuqaliya çempionatında baş tutan "Santa Klara" ilə "Famalikan" (2:1) komandaları arasında keçirilən matç zamanı qeydə alınıb.

Matçın ikinci hissəsinin əlavə olunmuş dəqiqələrində Qabriel Silva sürətli qaçış zamanı saatda 40,3 kilometr sürət yığaraq möhtəşəm nəticəyə imza atıb.

Klub nümayəndələrinin açıqlamasına görə, Silva bu göstərici ilə "Nyukasl Yunayted"in müdafiəçisi Sven Botmanın 39,21 km/saatlıq əvvəlki rekordunu geridə qoyaraq dünya miqyasında yeni nəticə müəyyən edib.

Asya
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью