Futbolda yeni qayda: “Qara kart” göstəriləcək

12.09.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rumıniya Futbol Federasiyası (FRF) uşaq və gənclər çempionatlarında intizamı təmin etmək məqsədilə dünya futbolunda ilk dəfə tətbiq olunacaq yeni qaydanı təsdiqləyib.

“Yeni Sabah” xəbər verir ki, təşkilatın Fövqəladə Hallar Komitəsi tərəfindən qəbul edilən qərara əsasən, U-7 – U-16 yaş qrupları üzrə matçlarda hakimlər "qara kart"dan istifadə edə biləcəklər.

Sarı və qırmızı kartlardan fərqli olaraq, qara kart birbaşa meydandakı futbolçulara deyil, tribunada ədəbsiz davranış sərgiləyən, təhqir və ya fiziki təzyiq göstərən azarkeşlərə, xüsusilə də valideynlərə qarşı tətbiq olunacaq. Federasiyanın bəyanatında bildirilib ki, bu addımın ana məqsədi uşaqları böyüklərin həddindən artıq hırsından, psixoloji təzyiqindən və aqressiyasından qorumaqdır. Dominos pizza

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью