Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Hazırda karyerasını "İnter Mayami"də davam etdirən Luiz Suarezin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 38 yaşlı hücumçu MLS təmsilçisi ilə bu ilin sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.
Bu barədə "AS" nəşri məlumat yayıb.
Buna səbəb, uruqvaylı forvardın karyerasını sonlandırmaq istəməsidir.
Qeyd edək ki, Suarez ötən ilin yanvar ayından "İnter Mayami" forması geyinir. Ulduz futbolçu daha əvvəl "Ayaks", "Liverpul", "Barselona" və "Atletiko Madrid" kimi komandaların şərəfini qoruyub.
“Komo” niderlandlı futbolçunu heyətinə qatıb “Liverpul” “Bavariya”ya “yox” dedi La Liqa prezidenti: “Barselona” onu qeydiyyatdan keçirə bilməz” Azad agent statusundakı ulduzlar: Modriç, Eriksen, Müller... "Barsa" yeni ev formasını təqdim edib - FOTO