Futboldan kənarlaşdırılan Azərbaycan klubunun rəsmisi ilə bağlı QƏRAR

04.04.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırmaq əsası ilə 1 il müddətinə futboldan kənarlaşdırılan “Marafon” İdman Klubunun, həmçinin Ağcabədinin “Olimpiya” komandasının rəsmisi Orxan Əliyevin şikayəti qismən təmin edilib.

Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarında bildirilib.

Tribunalın qərarına əsasən, “Marafon”un rəsmisi, eyni zamanda futbolçusu olan O.Əliyevin cəzası 1 ildən 6 aya endirilib. Qalan 6 ay şərti cəza kimi tətbiq olunub. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən edilib. Sınaq müddətinin başlanğıcı 2025-ci il martın 22-dən hesablanıb.

Apellyasiya şikayətləri qalan hissədə təmin edilməyib. Həmçinin qərardan Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью