Futbolla bağlı mərc oyunlarına görə Türkiyədən 52 milyard dollar çıxarılıb

24.11.2025

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbolla bağlı mərc oyunları qalmaqalı nəticəsində Türkiyədən təxminən 52 milyard dollar çıxarılıb.

Moderator.az "HT Spor"a istinadən xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri İbrahim Hacıosmanoğlu deyib.

"Keçən il Türkiyədən 52 milyard dollar çıxarılıb. Bununla nə qədər çox mübarizə aparsaq, Türkiyə xalqına bir o qədər çox xidmət edirik", - Hacıosmanoğlu deyib.

Xatırladaq ki, Türkiyədə matçlara qanunsuz mərc qoyuluşu ilə bağlı araşdırma çərçivəsində yüzlərlə futbolçu və peşəkar hakim istintaqa cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью