Futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi Berezutski

12.04.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 30-cu turunda "Turan Tovuz"a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

- Oyunu iki hissəyə bölə bilərik. Qırmızı vərəqəyə qədər olan hissə və "qırmızı"dan sonrakı hissə. Futbolçularıma təşəkkür edirəm. Sona qədər döyüşdülər. Amma əfsuslar olsun ki, hesabı bərabərləşdirə bilmədik.

- Hakimlik haqda fikriniz necədir? Qırmızı vərəqə oyunun nəticəsinə necə təsir etdi?

- Mənim üçün aydın olmayan, futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi. Biz hücuma davam edirdik. Hakim oyunu saxladı və Şafrankoya qırmızı vərəqə verdi.

- Artıq "Sabah" üçün çempionatın əldən getdiyini demək olar?

- Əllərimizi aşağı salıb ruhdan düşməyəcəyik. Amma avrokuboklara vəsiqə qazanmaq baxımından kubok bizim üçün prioritetdir.

- Bu gün Kurban Berdiyevə meydanda uduzdunuz, yoxsa masada?

- Taktiki plandan nəsə danışmaq çox çətindir. Qırmızı vərəqədən sonra bu rəqibə qarşı oynamaq çətin idi. "Qırmızı"ya qədər hesabda öndə olan komanda biz idik.

- "Sabah"da qalsanız, bundan daha yaxşı oyun ortaya qoya biləcəksiniz?

- Qısa deyirəm, əlbəttə. (sportal.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью