futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun bacısı Katiya Aveyro qardaşını tənqid edənlərlə bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, Katiya sosial şəbəkə hesabında Ronaldo haqqında bunları yazıb:
“Ağıllı insanlar, futbolu sevənlər Ronaldonu dəstəkləmək məcburiyyətindədir. Yoxsa uduzan onlar olacaq”.
Ronaldo dünya çempionatında məhsuldarlığının aşağı olmağına görə tənqid edilirdi. 41 yaşlı hücumçu millinin son iki matçında üç qol vurub.
Portuqaliya millisi dünya çempionatının 1/8 finalında İspaniya ilə qarşılaşacaq. Matç iyulun 6-da baş tutacaq.