Futbolumuzda biabırçı olay Oyuna hakim təyin etmək yaddan çıxdı

12.12.2024

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan futbolubda biabırçı hal yaşanıb.

QOL.az xəbər verir ki, AFFA U-15 liqasında keçirilməli olan "EFA" - "Qəbələ" oyununa hakim təyin etməyi unudub.

"Qəbələ" klubunun keçmiş əməkdaşı Namiq Hacızadə sosial şəbəkə hesabında matçın keçirilməməsinin səbəbini açıqlayıb.

O yazıb: “Deyirik ki, futbolumuz niyə bu gündədir. U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdır. Uşaq futbolun nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız 16:30-a kimi gözləyib, sonra geri qayıdıb. Bu, hələ U-15 Liqasıdır. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir”.

Məsələ ilə bağlı AFFA da açıqlama verib. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli QOL.az-ın müxbiri ilə söhbətində baş verənlərlə bağlı ölçü götürüləcəyini bildirib: "Bəli, sözügedən oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib. Bununla bağlı, müvafiq ölçü götürüləcək və gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi addımlar atılacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью