Futbolumuzun UEFA reytinqi sabit qalıb

10.08.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib. Ölkəmiz hazırda 21.187 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdə olan Sloveniya 22.468 əmsala malikdir.

Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, ötən gün “Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo”ya (Kiyev, Ukrayna) 0:1 hesabı ilə uduzub.

Çempionlar Liqasında mübarizə aparan “Sabah” isə rəqib meydanında Danimarkanın “Orhus” komandasına məğlub olub – 1:2.

Q.ƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью