futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Futbol batil inancların ən yayğın olan idman sahələrindən biridir. Buna inanan “Qızıl top” sahibləri də var, yarımhəvaskar futbolçu da.
Hətta bizim ölkədə belə halların olduğu deyilir: Gödəkçəsinin dəyişməyən baş məşqçi, cadu basdıran çalışdırıcı və s.
Ona görə də, bugünkü mövzmuz məşhur lənətlərdəndir. Hər buraxılan qol 1 illik lənət İl 1937… “Vasko da Qama” yağışlı bir gecədə “Andarai” il
Güclü leysan altında meydanda rəqibini gözləyən “Andarai” onlara texniki məğlubiyyət verilməsini tələb edir.
Lakin bu tələb qəbul edilmir “Vasko də Qama” 12:0 hesabı ilə qələbə qazanır.
Bu ağır məğlubiyyətdən qəzəblənən “Andarai”nin ehtiyat oyunçular skamyasında oturan Arubinya yağışlı bir dekabr axşamı “Vasko de Qama”nın “Sao Januaryo” stadionunun meydanına bir qurbağa basdıraraq lənətini elan edir: “Əgər göydə bir Tanrı varsa, “Vasko” 12 il boyunca çempionluq üzünə həsrət qalsın!” Fərziyyələrə görə, “Vasko də Qama”nın uzun illər çempion ola bilməməsində bu “lənətin” təsiri olmuşdu.
Braziliyada xalq arasında, yağışın gözətçisi, şərin elçisi kimi bilinən qurbağanın lənəti bu hadisəni əfsanəyə çevirmişdi.