Futbolun dibi: “AFFA nın “mil” siz komandası” | Icma.az
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan millisi adını daşımağa layiq olmayan komanda İslandiyadan 0:5 hesablı məğlubiyyətlə qayıdır.
O ruhsuz, gücsüz, məqsədsiz komanda... Bəli, bu komanda milli adlanmağa layiq deyil. “AFFA-nın komandası” - ona daha çox yaraşır.
Zatən formasında da elə AFFA-nın loqosu var. 0:5-lə İslandiya futbolunun da tarixinə düşdü.
“Buzlar ölkəsi” millisi evdə rəsmi oyunlarda ən böyük qələbəsini qazanmış oldu!
Qonaqlar ilk hissədə total müdafiə (topla oynama faizi 23-77-yə qarşı) ilə 45+2-ci dəqiqəyədək tab gətirə bilsələr də, fasilədən sonra daha sürətli və ağıllı oynamağa başlayan islandlar Şahruddin Məhəmmədəliyevin qapısına yol tapmaqda çətinlik çəkmədilər.
Amma böyük hesabla məğlub olan komandanın elə ən yaxşı oyunçusu da qapıçı idi. Onun qurtarışları olmasaydı...
Hesabın hansı həddə çata biləcəyini yazmıram. Bəs digər futbolçular?
Tam oxu
Xəbəri oxu