Futbolun İnkişaf Fondunun icraçı direktoru yeni məşğuliyyət tapıb

11.01.2025

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AFFA-nın nəzdində fəaliyyət göstərən Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev özünə yeni məşğuliyyət tapıb.

AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun vəzifə başına gətirdiyi funksioner qeyri-rəsmi olaraq menecerliyə başlayıb.

O, statusundan istifadə edərək, «Mingəçevir» üçün qollarını çırmalayıb. Piriyev yeni himayədarın çətiri altına keçən I Liqa komandası üçün seleksiya işi görməkdədir.

İcraçı direktor bir neçə klubla əlaqə saxlayaraq, futbolçularını «Mingəçevir»ə göndərməyi təklif eləyib. FİF-in idarəçisi onların keçidi müqabilində yüksək maliyyə şərtləri vəd verib.

«İşıqlar şəhəri»nin eyniadlı təmsilçisi ASTA-nın ((Azerbaijan Sport Talents Academy) nəzarəti altına keçib.

11 turdan sonra 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komanda baş məşqçisini dəyişib. Ədahim Niftəliyevlə vidalaşan kollektivin sükanı arxasına Füzuli Məmmədov gətirilib(Sportinfo.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью