Futbolun inkişaf perspektivləri

31.01.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında UEFA-nın Kütləvi Futbol üzrə mentoru Helen Kroftla görüş keçirilib. Görüşdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, qurumun müvafiq struktur bölmələrinin rəhbər və əməkdaşları iştirak ediblər.

AFFA-dan verilən məlumata görə, söhbət zamanı UEFA nümayəndəsinə AFFA tərəfindən kütləvi futbolun təşviqi istiqamətində görülən işlər, məktəblər, klublar və regionlar üzrə icra olunan proqramlar barədə ətraflı məlumat verilib.

Helen Kroft Azərbaycanda kütləvi futbolun inkişafı istiqamətində atılan addımları müsbət qiymətləndirib, UEFA-nın bu sahədə təcrübəsi və tövsiyələri ilə bağlı fikirlərini bölüşüb. Eyni zamanda, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, uşaq və yeniyetmələrin futbola cəlb olunmasının artırılması, inklüziv futbol layihələrinin əhəmiyyəti xüsusi vurğulanıb.

Görüşün sonunda qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və kütləvi futbolun davamlı inkişafı üçün birgə fəaliyyət imkanları müzakirə olunub.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью