Futzal Federasiyasının prezidenti Fərzəliyevin iradlarına cavab verdi | Icma.az
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov millinin sabiq kapitanı Rizvan Fərzəliyevin ona laqeyd münasibət göstərilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.News24.az xəbər verir ki, qurum rəsmisi bu barədə "Report"a danışıb.O, 45 yaşlı sabiq oyunçunun xidmətlərinə görə yüksək məbləğdə maaş və bonuslar aldığını qabardıb:“Rizvan Fərzəliyevin açıqlamasına mübasibət bildirmək istəmirdim, amma bu hal ikinci dəfə yaşandığına görə bunu lazım bildim.
Hər bir peşə sahibinin öz öhdəliyi, vəzifə borcu var və buna görə də maaş alır. İdmanda da belədir.
Rizvanı “Araz-Naxçıvan” komandasına vaxtilə mən dəvət etmişəm.
Elə məsələlər var ki, bu, klubla futzalçı arasında olduğuna görə açıqlamağı lazım bilmirəm.
Millinin və “Araz-Naxçıvan”ın keçmiş baş məşqçisi Joze Alesio Da Silva ilə bağlı narazılığını dilə gətirib.
Halbuki Rizvanın həm millinin, həm də “Araz-Naxçıvan”ın aparıcı üzvü olmasına birbaşa səbəbkar məhz Alesiodur.
Onun rəhbərliyi altında, eləcə də “milliləşdirilmiş” braziliyalı futzalçıların əhatəsində istər Rizvan, istərsə də digər yerli oyunçular inkişaf etdilər, peşəkarlıqlarını artırdılar, xidmətlərinə görə yüksək məbləğdə maaş və bonuslar aldılar.
Tam oxu
Xəbəri oxu