Futzal klubları üçün transfer pəncərəsinin vaxtı açıqlandı

09.12.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futzal üzrə Yüksək və I Liqada iştirak edən klublar üçün qış “transfer pəncərəsi”nin vaxtı açıqlanıb.

Bu barədə "Unikal"a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Transfer pəncərəsi gələn il yanvarın 6-da açılacaq. Komandalar yeni transferlərini fevralın 6-sı axşam 23:59-a qədər qeydiyyatdan keçirə bilərlər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью