Futzal klublarına top hədiyyəsi

03.12.2024

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Futzal Federasiyası Yüksək Liqada çıxış edən klublara yeni toplar hədiyyə edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İlkin mərhələdə hər iştirakçı kluba 5 top verilib. Növbəti turdan Yüksək və I Liqanın oyunlarında bu toplardan istifadə olunacaq.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью