Futzal millimiz Avropa çempionatının əsas mərhələsində son matçına çıxacaq

15.04.2025

Cbcsport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində bu gün son matçını keçirəcək.

Vitali Borisovun baş məşqçisi olduğu kollektiv qrup liderliyini və qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Xorvatiya yığması ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, millinin yer aldığı V qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan 2 xalla sonuncu - dördüncüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью