Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın futzal üzrə milli komandası oktyabrın 16-da FIFA 2028 Dünya Çempionatının seçmə mərhələsinin əsas raundunun qrup mərhələsində ilk oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, millimiz səfərdə Çexiya yığması ilə qarşılaşacaq.
Fridek-Mistek şəhərində yerləşən “Hala Polarka” idman arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Millimizin qarşıdan gələn oyun üçün heyətini təqdim edirik:
Nr. Adı / Soyadı Klub 1 Atakişiyev Fərid Neftçi İK 2 Kürdov Emin Araz-Naxçıvan 3 Haciyev Kamran Neftçi İK 4 İsmayılov Nihad Neftçi İK 5 Emil Həsənzadə Neftçi İK 6 Əliyev Tofiq Neftçi İK 7 Quluzadə Murad Araz-Naxçıvan 8 Manafov Kənan Araz-Naxçıvan 9 Rüstəmli Oktay Araz-Naxçıvan 10 Ələkbərov Ədalət Araz-Naxçıvan 11 Məmmədov Nurlan Araz-Naxçıvan 12 Zeynalov Eldar Araz-Naxçıvan 13 Kazixanov Novruz Araz-Naxçıvan 14 Əliyev Ülvi Araz-Naxçıvan