Futzal millimiz tarixdə ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

15.10.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Futzal üzrə Azərbaycan millisi tarixində ilk dəfə Lənkəran Olimpiya İdman Kompleksində rəsmi oyun keçirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın Futzal departamentindən məlumat verilib.

DÇ-2028-in 12-ci qrupunda yer alan komanda noyabrın 5-də ev oyununa çıxacaq. Çexiya yığması ilə görüşün ünvanı Lənkəran Olimpiya İdman Kompleksi olacaq və matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, kompleks 2018-ci ildə istifadəyə verilib. İdman zalı 788 azarkeş tutumuna malikdir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью