Azertag saytına istinadən Icma.az xəbər verir. Bakı, 15 yanvar, AZƏRTACAxsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur.
Oyunlara qədər səhvlərimizi minimuma endirməliyik.AZƏRTAC xəbər verir ki, bu sözləri 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov Avropa çempionatının ilkin mərhələsinə hazırlıqla bağlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.Yığmanın yanvarın 10-dan toplanışda olduğunu söyləyən mütəxəssis məşqlərin plana uyğun şəkildə davam etdiyini diqqətə çatdırıb: “Gündə iki dəfə hazırlıq keçirik.
Həm fiziki, həm də taktiki planda çalışmalar yerinə yetiririk. Yükləmələri daha çox topla çalışmalar zamanı veririk.
Uşaqlar həvəslidirlər, çalışırlar dediklərimizi icra etsinlər.
Çatışmazlıqların hamısını bir toplanışda aradan qaldırmaq mümkün olmasa da, müəyyən hissəsini düzəltməyə çalışırıq.
Şənbə günü kubok oyununa çıxacağıq. Çalışırıq səfərə qədər daha bir matç keçirək. Həm də bu oyun kubok görüşünün ertəsi gün olsun.
Çünki San Marinoda 2 gün ərzində 2 oyun keçirəcəyik”.Baş məşqçi Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri də dəyərləndirib: “Kosovo yığmasının oyununu görməmişik, ancaq şifahi də olsa, məlumatımız var.
Fiziki baxımdan güclü rəqibdir, topla yaxşı oynayırlar. San-Marinonun isə bir neçə oyununa baxmışıq.