Futzal üzrə Azərbaycan Kubokunda ilkin mərhələnin oyun təqvimi açıqlanıb

09.12.2024

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futzal üzrə Azərbaycan Kubokunda ilkin mərhələnin oyun təqvimi açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu mərhələdə I Liqa turnir cədvəlinin son 4 pilləsində yer alan komandalar qarşılaşacaqlar.

Dekabrın 26-da saat 20:00-da “Ulduz” “Dəstə Ordubad”la, saat 21:00-da isə “Çarşı Bakı” “Delta” ilə üz-üzə gələcək. Hər iki görüş Olimpik Starda gerçəkləşəcək.

Qaliblər 1/8 final mərhələsinə yüksələcəklər. Bu və sonrakı mərhələlərin oyun təqvimi püşk vasitəsilə müəyyənləşəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью