Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

21.05.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Neftçi" İK futzal üzrə Azərbaycan Kubokunun qalibi olub.

Fanat.Az xəbər verir ki, həlledici qarşılaşmada "Araz-Naxçıvan"la qarşılaşan "ağ-qaralar" 5:3 hesabı ilə qalib gəliblər.

Matç Bakı İdman Sarayında gerçəkləşib.

Xatırladaq ki, mayın 18-də bu komandalar arasında baş tutan Yüksək Liqanın həlledici matçında "Araz-Naxçıvan" 5:2 hesablı qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью