Futzal üzrə İsveç millisi Bakıya böyükhesablı məğlubiyyətlə gəlir AZƏRTAC

12.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı,12 dekabr, AZƏRTAC

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə V qrupda yer alan İsveç komandası ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Skandinaviya təmsilçisi doğma meydanda Yunanıstanla qarşılaşıb. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununu dekabrın 17-də Bakı İdman Sarayında İsveç yığmasına qarşı keçirəcək. Görüş saat 20:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью