Futzal üzrə İsveç millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

21.11.2024

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futzal üzrə İsveç yığmasının Avropa çempionatının seçmə mərhələsində Yunanıstan və Azərbaycan ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. SİA xəbər verir ki, qarşılaşmalar üçün komandaya 15 oyunçu dəvət edilib.

Qapıçılar: Martin Herlin, Patrik Orteqa, Viktor Saf

Oyunçular: Lavdim Azemi, Noraldin Azizi, Hampus Furuplad, Albert Hiseni, Brayn Yohansson, Viktor Mossberq, Mattin Nacafi, Enes Poyraz, Qustav Ridberq, Fehim Smayloviç, Fredrik Söderqvist, Petrit Zubi

Qeyd edək ki, İsveç millisi dekbarın 11-də doğma meydanda Yunanıstanla, dekabrın 17-də Bakıda Azərbaycanla qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью