Futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib

07.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Futzal üzrə Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilib.

"Report" xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Baku Fire" ilə üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

İkinci görüşdə "Neftçi" İK "Şuşa"nın qapısından dörd cavabsız top keçirib.

Sonuncu oyunda isə U-19 "Yasamal Bakı"ya şans verməyib - 6:3.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Baku Fire" komandasının liderliyi davam edir. "Neftçi" İK 15 xalla ikinci, "Araz-Naxçıvan" 10 xalla üçüncü sıradadır. Dördüncü yerdəki "Şuşa"nın və beşinci pillədəki U-19-un 6 xalı var. Bütün görüşlərdə uduzan "Yasamal Bakı" sonuncudur.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью