Futzal yığmamızın təqvimi müəyyənləşdi

21.07.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futzal üzrə Azərbaycan yığmasının DÇ-2028-in əsas mərhələsindəki oyun cədvəli müəyyənləşib.

Futbolpress.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 12-ci qrupda yer alan yığmamız mübarizəyə oktyabrın 16-da Çexiya ilə səfər matçı ilə başlayacaq. Millimiz son qarşılaşmasını da elə məhz rəqib meydanında keçirəcək.

Oyunların cədvəli aşağıdakı kimidir:

16 oktyabr

Çexiya – Azərbaycan

5 noyabr

Azərbaycan – Çexiya

8 noyabr

Azərbaycan – Latviya

27 fevral

Latviya – Azərbaycan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью