Futzalda qış transfer pəncərəsi bu tarixdə açılacaq

11.12.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan futzal üzrə Yüksək və Birinci liqalarında iştirak edən klublar üçün qış "transfer pəncərəsi”nin vaxtı müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Pəncərə” gələn il yanvarın 6-da açılacaq. Komandalar yeni transferlərini fevralın 6-sı, saat 23:59-a qədər qeydiyyatdan keçirə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью