Füzuli küçəsində taksilər dayanacağı davamlı zəbt edir VİDEO

13.07.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində kütləvi qayda pozuntusuna yol verən sürücülər görüntülənib.

Bu barədə Avtosfer.az-a oxuculardan biri videomaterial göndərərək məlumat verib.

Bildirilib ki, hadisə iyulun 10-da səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, müxtəlif markalı avtomobillər taksi dayanacağında növbəli şəkildə park edilib. Nəqliyyat vasitələrinin bir qismi isə dam hissəsində taksi tanınma nişanından istifadə edir.

Şikayətçinin sözlərinə görə, həmin avtomobillərin qanunvericiliyin tələb etdiyi müvafiq icazə sənədi və buraxılış kartı yoxdur. O, ərazidə dəfələrlə eyni vəziyyətlə qarşılaşdığını, dayanacaqda yer tapmadığı üçün avtomobilini yaşayış məhəlləsində və ya yolun kənarında çətinliklə saxlamaq məcburiyyətində qaldığını bildirib.

Bundan əlavə, görüntülərdə dayanma və durmanın qadağan edildiyi yerdə saxlanılan “Opel” markalı avtomobil də yer alıb. Belə ki, sürücü baqaj qapağını açıq vəziyyətdə saxlayaraq cərimədən yayınmağa cəhd edib.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью