Füzuli Məmmədov elita klubunun baş məşqçisi oldu

24.11.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Karvan-Yevlax"ın yeni baş məşqçisi müəyyənləşib. Klouba yaxın mənbədən Sport24.az-a daxil olan bilgiyə əsasən Füzulu Məmmədov bölgə klubunun yeni çalışdırcısı olacaq.

Mənbəmizin sözlərinə görə, 48 yaşlı ütəxəssis bu gün bölgə klubu ilə münasibəti rəsmiləşdirəcək. Rəhbərlik onun qarşısına komandanı elitada saxlamaq tapşırığı qoyub və ilkin olaraq mövsümün sonunadək sözləşmə imzalanacaq. "Ağ-qaralar" Premyer Liqada yerini qoruyacağı halda Məmmədovla müqavilənin müddəti uzadılacaq.

Qeyd edək ki, hazırda aktivində 5 xal olan "Karvan-Yevlax" turnir cədvəlində sonuncu, 12-ci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью