Füzuli Məmmədov: “Heyətlə bağlı qərar verməmişəm”

27.10.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"MOİK-lə çempionatda keçirdiyimiz oyun da bizim üçün çətin alınmışdı". Bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın baş məşqçi Füzuli Məmmədov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Kubokunun II təsnifat mərhələsində MOİK-ə qarşı keçirəcəkləri matçla ilə bağlı fikirlərini bölüşüb:
"Rəqibin heyətində Premyer Liqada təcrübəsi olan kefayət qədər futbolçu var. Buna görə də qarşılaşmaya ciddi hazırlaşmalıyıq. Rəqibə hörmətlə yanaşırıq və oyunun asan keçəcəyini düşünmürük. Kubok və ya çempionat matçı olmasından asılı olmayaraq, meydana hər zaman qələbə qazanmaq məqsədilə çıxırıq. Qarşıdakı görüşdə də əsas hədəfimiz uğurlu nəticə əldə etmək və növbəti mərhələyə yüksəlməkdir. Bunun üçün oyun ərzində intizamlı çıxış etməli, verilən tapşırıqları düzgün yerinə yetirməliyik. Heyətlə bağlı isə hələ yekun qərar verməmişəm. Qarşılaşama ərəfəsində bir məşqimiz var. Ondan sonra son qərarımı verəcəm".
Qeyd edək ki, Binə qəsəbə stadionunda keçiriləcək MOİK - "Şahdağ Qusar" görüşünə sabah, saat 14:00-da start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью