Füzuli Məmmədov “Kəpəz”i Yevlaxda görmək istəmir! “Qəbələ” gəncəlilərə yenə qapı açacaqmı?

07.12.2025

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bilindiyi kimi, “Kəpəz” artıq ev oyunlarını Yevlax şəhər stadionunda keçirir. Daha əvvəl Qəbələdə meydana çıxan Gəncə təmsilçisi bu qərarı rayonlararası məsafənin az olması səbəbindən verib.

“Football-plus.az” daha əvvəl bu komandaların premyer-liqada qalmaq uğrunda mübarizə apardığını, məhz bu məqamın prinsipial xarakter daşıya və münasibətlərin sonrakı mərhələsində problemlərin üzə çıxa biləcəyini yazmışdı. Bununla yanaşı, “Karvan-Yevlax”ın vitse-prezidenti Kənan Kərimov saytımıza açıqlamasında yuxarıda qeyd olunanların hansısa problemə səbəb olmayacağını demişdi. İş ondadı ki, Yevlax təmsilçisinin qeyri-rəsmi baş məşqçisi Füzuli Məmmədov bu gün Misli premyer-liqasının 14-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirilən oyundan sonra (0:3) bu mövzu haqda gözlənilməz açıqlama verdi. Mütəxəssis qərarın onun dövründə verilmədiyini, yanvardan sonra bu barədə rəhbərliklə danışacağını bildirdi.
Əlbəttə, burda hansısa narazılıq yoxdusa, rəhbərliklə müzakirəyə yer qalmır. Lakin görünür Füzuli Məmmədov “Kəpəz”in ev oyunlarını Yevlax şəhər stadionunda keçirməsindən məmnun deyil. Belədə “sarı-göylər”in sərgərdan həyatında yenidən ünvan dəyişikliyi baş verə bilər. İş ondadı ki, premyer-liqada hansısa klub eyni mövsümdə ev oyunlarını ikidən çox fərqli stadionda keçirə bilməz. Nəticədə Gəncə təmsilçisi yenidən “Qəbələ”nin qapısını döyə bilər.
Bəs, “qırmızı-qaralar” “sarı-göylər”ə qapı açacaqmı? Çətin! Çünki “Qəbələ” “Kəpəz”dən incik düşüb...
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью