Füzuli Məmmədov Premyer Liqaya qayıtmaq istəyir

10.11.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Fərid Namazovun “İmişli”dən ayrılmasından sonra Birinci Liqada “Şahdağ Qusar”ın baş məşqçisi olan Füzuli Məmmədovun da Premyer Liqaya qayıtmaq üçün hərəkətə keçdiyi bildirilir.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Məmmədov şəxsən “İmişli”nin prezidenti Kamran Eyyubov ilə əlaqə saxlayaraq, öz namizədliyini irəli sürüb.

Lakin “İmişli” rəhbərliyinin cavabı hələlik müsbət olmayıb. Məmmədova qış fasiləsinə qədər gözləməsi tapşırılıb.

Aranlılar hazırda Ervins Perkonsa şans vermək, eyni zamanda digər əcnəbi mütəxəssislərin namizədliklərini də nəzərdən keçirmək niyyətindədir.

Bu ilin iyulunda Fərid Namazovun köməkçisi kimi işə başlayan latviyalı hələlik komandanı beş oyuna çıxarıb.

Premyer Liqada çıxdığı dörd matçda yeddi xal toplayan baltkalı məşqçi ölkə kubokunda da ikinci təsnifat mərhələsini adlayıb. İmişlilər burada “Qaradağ Lökbatan”ı 4:1-lə mübarizədən kənarlaşdırıb.

Perkonsun taleyinə dekabrın üçüncü yarısında aydınlıq gələcək.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью