Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Karvan"ın sabiq çalışdırıcısı Füzuli Mənmədov növbəti mövsüm üçün planlarını dəqiqləşdirmək üzrədir.
"Apasport"un əldə etdiyi məlumata görə, PRO kateqoriyalı mütəxəssisin xidmətində bir neçə klub maraqlıdır.
Belə ki, 1-ci Liqada mövsümü 5-ci yerdə bititən "Şahdağ Qusar" təcrübəli məşqçini komandaya gətirmək istəyir.
Hazırda tərəflər arasında danışıqlar gedir.
Bundan əlavə Füzuli Məmmədova Misli Premyer Liqasından da təklif olduğu bildirilib.
Mütəxəssisin qərarının hansı yöndə olacağı irəlidəki günlərdə bəlli olacaq.
Xatırladaq ki, Məmmədov son sıralardakı "Mingəçevir"in sükanı arxasına keçdikdən sonra komandanı yüksək liqa xəttinə qaldırmış, bu mövsümün əvvəlində "Karvan Yevlax"ı çalışdırmağa başlamışdı.
Şamaxıda ayrılıq: Msanqa göndərildi Cəzalandırıldılar: Anton və Abdulla heyətdən çıxarıldı Sevinc Cəfərzadə: "Rəqibdən çəkinmədik, amma alınmadı" Ayxan Abbasov: "Çoxdandır ki, bu qədər qol vəziyyəti yaratmırdıq" Ölkə idmanına ağır itki: Sadıq Sadıqov vəfat edib