Füzuli Məmmədovun köməkçiləri bilindi

23.01.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Mingəçevir"in baş məşqçisi Füzuli Məmmədovun köməkçiləri müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar Meham Yunusov, Rafael Əmirbəyov və Rauf Mehdiyevdir.

Həm Məmmədov, həm də köməkçiləri ilə 2,5 illik müqavilə imzalanıb və anlaşmaların müddətinin sonradan 1 il müddətinə uzadılması da nəzərdə tutulub.

Xatırladaq ki, mərkəzi aran təmsilçisi bir müddət öncə ASTA (Azerbaijan Sport Talents Academy) ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Artıq 7 yeni futbolçu transferi rəsmiləşdirən klub hazırda Birinci Liqanın turnir cədvəlində sonuncu pillədədir.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью