Füzuli peşə liseyi 2027 ci ildən fəaliyyətə başlayacaq

30.07.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Füzuli peşə liseyi 2027-ci ildən fəaliyyətə başlayacaq. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində deyib.

Onun sözlərinə görə, hazırda 100 mindən artıq şəxs peşə təhsili alır:

"Növbəti illərdə peşə təhsili sahəsini bir az da genişləndirmək istəyirik. Yüksək peşə ixtisası proqramları da hazırlanır və buranı bitirən şəxslərin subbakalavr təhsili almaq şansı çoxdur".

Nazir əlavə edib ki, 2026-cı ildə isə Şuşa şəhərində peşə təhsil mərkəzi fəaliyyətə başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью