Füzuli rayonunda kafedə istehlaka yararsız məhsullar aşkarlanıb

18.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonunun Əhmədbəyli kəndində fəaliyyət göstərən Nicat Oktay oğlu Möhsümzadəyə məxsus “Nicat” kafesində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı kafedə mənşəyi məlum olmayan turşu və pendir məhsulu aşkarlanıb. Həmçinin mal qonşuluğu prinsipinin pozulduğu, divar və döşəmə səthlərinin təmirsiz olduğu, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью