Füzuli və Qəbələdəki qum çınqıl yataqları hərraca çıxarıldı

28.08.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin birgə təşkilatçılığı ilə faydalı qazıntı yataqlarının istismara verilməsi prosesi davam edir.

“Yeni Sabah” xəbər verir ki, keçirilən növbəti açıq hərracın nəticələrinə əsasən, iki rayondakı qum-çınqıl yatağı istifadəyə verilib. Bunlar Füzulidə yerləşən 38,7 hektar sahəni əhatə edən “Arayatlı” və Qəbələ rayonundakı 27,5 hektarlıq “Bumçay” yataqlarıdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью