Füzulidə 2 yaşlı uşaq faciəvi öldü KONKRET

19.02.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Füzulidə traktor minik avtomobili ilə toqquşub.

KONKRET.az xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Məmmədov Xəyyam İlham oğlu idarə etdiyi “Mercedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Məhərrəmov Əmrah İbrahim oğlunun “Belarus 892” markalı traktorla toqquşub.

Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli rayon mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью