Füzulidə 3 ton narkotik tərkibli bitki məhv edildi

20.07.2025

Icma.az, Dogru.az saytına istinadən bildirir.

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı əməliyyat-axtarış və profilaktik tədbirlər zamanı rayonun Divanlar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, ümumi çəkisi 3 tondan artıq olan 7052 ədəd çətənə kolu aşkar edilərək yandırılıb və məhv edilib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью