Füzulidə 67 yaşlı kişi faciəvi şəkildə HƏYATINI İTİRDİ

15.06.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə iyunun 13-də gecə saat 23 radələrində Fin qəsəbəsi ərazisində baş verib.
 

Belə ki, Asif Balabəyovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quliyevi vurub.


Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Qarabağ bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью